Afaq Bəşirqızının adından saxta səhifə açılıb çağırış edildi

  • 30-01-2020, 09:41
  • sou
  • Oxunub: 76
Afaq Bəşirqızının adından saxta səhifə açılıb çağırış edildi


"Mənim sosial şəbəkədə elə bir səhifəm yoxdur və heç vaxt o cür paylaşımlar etmirəm".
"Bu sözləri "Kult.az"a Xalq artisti Afaq Bəşirqızı Feysbukda adına açılan saxta profil və oradan edilən paylaşımlar barədə danışarkən deyib.

A.Bəşirqızı bildirib ki, saxta səhifənin açılmasından xəbərsizdir:

“Mənim xəbərim yoxdur, indi sizdən eşidirəm. Hansısa deputatlığa namizədlə bağlı paylaşım da etməmişəm və heç vaxt belə şeylərə qatılmıram, bu kimi şeylərdə iştirak etmirəm. Səhifəni kim açıb, daha sonra kim silib, məlumatsızam”.

Xalq artisti bildirib ki, iki ilə yaxındır açdığı şəxsi səhifəsindən başqa sosial şəbəkədə heç bir səhifəsi yoxdur:

“Mənim Feysbuk şəxsi və rəsmi səhifəm “Afaq Bəşirqızı”dır. İki ilə yaxındır ki, o səhifəni açmışam və ondan başqa səhifəm yoxdur. Şəxsi səhifəmdə heç vaxt hansısa deputatla bağlı paylaşım etməmişəm, məlumat paylaşmamışam. O səhifə mənə aid olduğu üçün paylaşımlar da mənə aiddir. Ümumiyyətlə, hansısa deputata vəkillik etmək, onu tərifləmək kimi şeylərdən uzağam”.

A.Bəşirqızı deputatlığa namizədlərdən ona dəstək olmaq üçün müraciət edənlərin olduğunu da bildirib:

“Mənə gələn bu kimi təklifləri hər dəfə rədd etmişəm. Mənə elə gəlir ki, millət vəkili özünü xalqın qarşısında doğrultmalıdır. Millət vəkilliyinə iddialı olan şəxsin kiminsə tərifinə ehtiyacı olmamalıdır. Əgər ehtiyac olsaydı, mən onlarla bağlı nə isə söz deyərdim. Ancaq o adamlar özləri buna ehtiyac duymayıblar, özlərinə və xalqın onlara olan etimadına inanırlar”.

Bəşirqızı əlavə edib ki, növbəti dəfə onun adından bu kimi səhifə açan şəxslərə qarşı daha sərt addım atacaq:

“Mənim adımdan bu kimi saxta səhifə yaradan şəxslərə səslənərək bildirirəm ki, özlərini yığışdırsınlar. Əgər belə bir hal təkrarlansa, mən o adamın tapılması ilə bağlı müvafiq addım atacaq və o şəxsə qarşı olduqca sərt addımlar atacağam”.

Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızının adından saxta profil açılıb. “Qusi.aliyev.545” nikindən açılan Feysbuk səhifəsində Afaq Bəşirqızının adından deputatlığa namizəd Əziz Ələkbərlinin təbliğat videosu paylaşılıb və onu dəstəkləmək üçün çağırış edilib.
Oxşar xəbərlər
Maraqlı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət