“Dedilər, o sözü silsək, veriliş maraqsız alınacaq” — Fərqanə Qasımova Okan Bayülgenin yalanını çıxardı

  • 14-01-2020, 09:33
  • sou
  • Oxunub: 22
“Dedilər, o sözü silsək, veriliş maraqsız alınacaq” — Fərqanə Qasımova Okan Bayülgenin yalanını çıxardı


Türkiyənin məşhur şoumeni Okan Bayülgenin, “Okan Bayülgenle uykusuzlar klübü” verilişində Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovaya ünvanlanan “kayırmak” ifadəsinin böyük rezonansa səbəb oldu. Məsələ ilə bağlı Okan Bayülgən növbəti verilişində açıqlama verərək, “Lazım gələrsə, üzr istəyərəm, amma ortada üzr istənməli bir vəziyyət yoxdur, mənə həmin ifadənin Azərbaycan dilində pis məna verdiyi ilə bağlı xəbərdarlıq edilmədi” söylədi.

 Kulis.az-a açıqlama verən Əməkdar artist Fərqanə Qasımova isə Okan Bayülgenə və çəkiliş qrupuna həmin ifadə ilə bağlı etirazını bildirdiklərini deyib:

“Biz verilişin çəkilişi bitən kimi aparıcıya da, verilişin rəhbərinə də həmin ifadə ilə bağlı etirazımızı bildirdik. Onlara izah etdik ki, ordakı ifadə Azərbaycanda birmənalı qarşılanmayacaq. Çünki türk dilində istifadə olunan sözügedən ifadənin Azərbaycan dilində tərcüməsi və səslənməsi ədəbli deyil. Bizə də söz verdilər ki, qətiyyən narahat olmayın, verilişdə olan həmin hissə kəsiləcək, efirə getməyəcək. Veriliş yayımlanandan sonra yenidən əlaqə saxladım, onlardan da belə bir cavab gəldi ki, qəti şəkildə həmin hissəni kəsə bilməzlər, çünki o zaman veriliş maraqsız olacaq”.

Əməkdar artist sosial şəbəkələrdə Okan Bayülgenin sənətçilərimizi ələ saldığı ilə bağlı dolaşan söz-söhbətə də aydınlıq gətirib. O qeyd edib ki, ələ salmadan söhbət gedə bilməz:

“Mən aparıcının bunu bilərəkdən edib-etmədiyini deyə bilmərəm. Günaha girmək istəmərəm. Amma verilişi tam şəkildə izləyənlər özləri də görər ki, Okan bəy bizə kifayət qədər hörmətlə yanaşıb”.

Xatırladaq ki, məlum ifadə türk dilində “havadarlıq etmək” anlamına gəlir.
Oxşar xəbərlər
Maraqlı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət