“Parlament seçkilərdən sonra…” – İlham Əliyevdən YENİ İSLAHAT ANONSLARI

  • 23-01-2020, 13:00
  • siyaset
  • Oxunub: 24
“Parlament seçkilərdən sonra…” – İlham Əliyevdən YENİ İSLAHAT ANONSLARI



2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq”.

 

 “İnterfaks Azərbaycan” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda bildirib.

“Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələrlə bağlı dostluq siyasəti yürüdür, “amma milli maraqlar hər şeydən üstündür”.

“Biz siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində- bu göstərici üzrə dünyada 27-ci yerdəyik, çox nailiyyət əldə etdik”, – deyə Azərbaycan Prezidenti söyləyib.

İlham Əliyev həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibinin yeniləndiyini bildirib:

“Hökumətdə yeni simalar var. Onlar müasir dünyagörüşləri olan yüksək təhsilli gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə müvəffəqiyyət əldə etmək yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni insanlar lazımdır. Burada həmçinin böyük dəyişikliklər baş verib”.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu yanvarın 21-də başlayıb və yanvarın 24-dək davam edəcək (Qaynaq- Qaynarinfo).
Oxşar xəbərlər
Maraqlı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət