Qeybət və şayiələrdən uzaq olun — Günün qoroskopu

Qeybət və şayiələrdən uzaq olun — Günün qoroskopu


Qoç - Əsas probleminiz sanki başınıza göydən ələnən mənfi emosiyalardır. Bu zaman nəyin vacib, nəyin ikinci dərəcəli olduğunu təyin etmək çətin olur. Hər işi atıb, bütün dünyaya küsüb oturmaq istəyirsiniz. Bu istəyiniz o qədər güclüdür ki, ona müqavimət göstərməyə cəhd etmirsiniz.

Buğa - Qeybət və şayiələrdən uzaq olun. Sizin onları eşitməyinizin, yaxud da yaymağınızın heç bir fərqi yoxdur, qayda qaydadır: yoxlanmamış məlumat həmişə problem yaradır. Sevgililər, ər-arvad arasında mübahisələr mümkündür. Səbəb isə insanların bir-birlərinə güvənməmələridir.

Əkizlər - Şərait tədricən sabitləşir. Problem və çətinliklər barədə düşünmədən daha xoş hadisələrə köklənə bilərsiniz. Yaradıcı potensialınız artır. İstənilən işin qulpundan həvəslə yapışırsınız. Dost və qohumlarınız böyük həvəslə sizə yardım edirlər.

Xərçəng - Sizin yaxşı keyfiyyətləriniz bu gün daha nəzərəçarpandır. Parlamaq, hamının rəğbətini qazanmaq, xoşunuza gələn birini əldə etmək şansınız var. Özünüzə inam, yeni-yeni qələbələrin dadı sizi ehtiyatsızlığa sürükləyir. Bu isə çox təhlükəlidir. Bəli, bu gün bəxtiniz gətirir, amma bunun da bir həddi var. Həmin həddi keçməyə çalışmayın.

Şir - Uğur qazanmağınıza bircə şey mane olur - diqqətinizi cəmləyə, ikinci dərəcəli məsələlərdən qopa bilmirsiniz. Məişət texnikası almaq üçün uğurlu gündür. Enerjiniz çoxdur, axşamadək yorulmayacaq və gözəl əhvalınızı qoruyub saxlaya biləcəksiniz.
Qız - Gün xoş görüşlər, maraqlı söhbətlər vəd edir. Gözlənilmədən sizə karyerada irəliləməyə, yaxud maliyyə məsələlərində uğurlar qazanmağa kömək edəcək insanlarla rastlaşa bilərsiniz. Bu gün həddən artıq cazibədar və məlahətlisiniz, bir çox Qızlar məhz bundan istifadə edərək nüfuzlu şəxslərin dəstəyini qazanmağa çalışacaqlar.
Tərəzi - Çətinliklər çox olacaq, amma neqativ tendensiyaların təsiri uzun sürməyəcək. Problemlərin məngənəsində qalanlar isə özləri bunu seçmiş olacaqlar. Əsas odur ki, başqalarının işlərinə qarışmayasınız. Əlbəttə, hamıya kömək etmək istəyi təqdirəlayiqdir. Ancaq bəzən insanlara sərbəst fəaliyyət göstərməyə imkan yaratmaq lazımdır. Üstəlik, heç sizin də bu işlər xoşunuza gəlmir.

Əqrəb - Əvvəllər vəd etdiyiniz sözləri yerinə yetirmək üçün xeyli zəhmət çəkməli olacaqsınız. Həm özünüzün, həm başqalarının işlərinə məsuliyyətlə yanaşır və bununla ətrafınızdakıların hörmətini qazanırsınız.

Oxatan - Gün xoş, maraqlı və faydalı məşğuliyyətlər üçün daha yaxşıdır. Yaradıcı potensialınız yüksəkdir, ağlınıza gələn ideyalar bir-birindən parlaqdır. Hansısa yeni, gələcəkdə böyük gəlir vəd edən layihənin başlanması mümkündür. Öz gücünüzə inanın, başqalarının da sizə inamı artacaq.

Oğlaq - Gün çox gözəl başlanır. Enerjiniz aşıb-daşır, ən vacibi - özünüzün haqlı olduğunuza dair inamınız güclüdür. Hamıya, o cümlədən özünüzə də sübut edəcəksiniz ki, çox şeyə qadirsiniz. Özünüzün gizli bacarıqlarınızı, istedadlarınızı kəşf edin. Hazırki şərait barədə bir qədər düşünsəniz, düzgün mülahizələr əldə edəcəksiniz.

Dolça - İmicinizdə dəyişikliklər etməkdən çəkinməyin, fantaziyalarınız nə qədər cəsarətlidirsə, xarici görünüşünüz bir o qədər diqqətçəkəndir. Bu gün heç bir daxili müqavimətlə rastlaşmadan stereotiplərdən yaxa qurtara bilərsiniz. Eyni zamanda əvvəllər buraxdığınız səhvləri düzəldə bilərsiniz. Anlaşılmayan səbəbdən özünüzə yaxın hesab etdiyiniz biriylə münasibətləriniz düzələcək.
Balıqlar - Necə davranmağınızdan bu gün çox şey asılıdır. Şöhrətpərəst və qürurlu olsanız, munaqişədən qaça bilməyəcəksiniz, vaxtında kölgəyə çəkilsəniz, güzəştə getsəniz, öz mövqeyinizi qoruyaraq rəqiblərinizi ötə bilərsiniz. Rəhbər Balıqlar gənc işçilərə qarşı bir qədər yumşaq davransalar, yaxşı olar. Sıravi işçilərə isə təşəbbüs göstərərkən kimisə incitməmək tövsiyə olunur./
Oxşar xəbərlər
Maraqlı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət