Oqtay Gülalıyevin vəziyyəti pisləşdi

Oqtay Gülalıyevin vəziyyəti pisləşdi


Yanvarın 10-da üçüncü dəfə əməliyyat olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib.

Turkustan.info xəbər verir ki, bu barədə Qaynarinfo.az-a yazar Zümrüd Yağmur danışıb. Onun sözlərinə görə, əməliyyatdan sonra Oqtay Gülalıyevin temperaturu yüksəlib:

“Amma bütövlükdə ümidverici bir şey yoxdur. Temperaturu yenə yüksəlib. Temperaturu salmaq bəlkə də problem olmayacaq. Problem sonrakı həyatıdır”.

Oqtay Gülalıyev yanvarın 10-da əməliyyat olunub. Əməliyyat zamanı onun başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub.

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı Amerika Xəstəxanasına köçürülüb.

O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.

Onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
Oxşar xəbərlər
Maraqlı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət