Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ

Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Atabank" ASC müflis elan edilib və iflas proseduruna başlanıb.

Day.Az xəbər verir ki, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "Atabank" ASC-nin ləğvedicisi təyin edilib.

"Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Реклама
Ləğv prosesində olan "Atabank" ASC-nin kreditorlarından xahiş olunur ki, 1 iyul 2020-ci ilədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan "Atabank" ASC-nin baş ofisi. Əlavə məlumat ücün əlaqə nömrələri: (+99412) 497-87-00; Qaynar xətt - 136.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların "Kapitalbank" ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib.

Kompensasiyaların ödənişi ilə bağlı "Kapitalbank" ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Maraqlı
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət