“Azərenerji” Şəki Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa etdi - Video

“Azərenerji” Şəki Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa etdi - Video


“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, “Şəki” Elektrik Stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində təmir-bərpa işlər həyata keçirib.

“Qafqazinfo”nun məlumatına görə, 2018-ci ilin payızında qəbul edilən “Peabilitasiya Proqramına” qədər “Şəki” Elektrik Stansiyasında mövcud 10 aqreqatdan 2 ədədinin korpusu dağıldığından ümumiyyətlə işləmirdi, qalan 8 aqreqat isə kəsirlə fəaliyyət göstərirdi. Daha doğrusu “Şəki” Elektrik Stansiyasının qoyuluş gücü 87 meqavat olsa da, cəmi 40 meqavat güclə və tez-tez dayanmalar olmaqla işləyirdi. Korpusu dağılan 2 aqreqat da daxil olmaqla 10 aqreqatda təmir işləri aparılıb, ehtiyat hissələri dəyişdirildikdən sonra, indi stansiya 80 meqavatdan artıq güclə işləyir. Stansiyada 50 faiz və ya 40 meqavat “itirilmiş” güc bərpa edilməklə yanaşı, etibarlıq və dayanıqlıq təmin edilib.

Qeyd edək ki, “Azərenerji” ASC “Şəki” Elektrik Stansiyası ilə yanaşı ümumilikdə 6 ədəd modul tipli elektrik stansiyası da daxil olmaqla, 12 elektrik stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində yenidənqurma və təmir işləri aparır. Bu günə qədər ümumilikdə 485 meqavat “itirilmiş” güc bərpa edilib.

2018-2021-ci illəri əhatə edən reabilitasiya proqramı çərçivəsində ümumilikdə 1000 meqavata yaxın “itirilmiş” gücün bərpa edilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər
Maraqlı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət