Maşınınızla bağlı bu qaydalara riayət etməsəz… – 2000 manat cəriməsi var

Maşınınızla bağlı bu qaydalara riayət etməsəz… – 2000 manat cəriməsi var

Yol polisi əməkdaşları bu günlərdə sürücülük vəsiqəsi olmadan icarə avtomobil götürən şəxsi saxlayıb. Onun narkotik maddənin təsiri altında olduğu məlum olub, hətta avtomobilin yük hissəsindən marixuana da tapılıb. Məsələnin əsas tərəfi isə sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarə şirkətlərinin maşın verməsidir. Müştərilərə icarə avtomobil verilmə prosesi qanunlarla necə tənzimlənir? Sürücülük vəsiqəsi olmayan şəxslərə maşın verən şirkətləri hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı yol-nəqliyyat eksperti Ərşad Hüseynov lent.az-a danışıb. Ekspert şirkətlərin sürücülük vəsiqəsi tələbinin vacibliyini vurğulayıb:

Maşınınızla bağlı bu qaydalara riayət etməsəz… – 2000 manat cəriməsi var


“İcarə avtomobil verən bütün fiziki və hüquqi şəxslər öz avtomobillərini yalnız sürücülük vəsiqəsi olan şəxslərə verə bilərlər. Yəni, kiminsə sürücülük hüququ və ya vəsiqəsi yoxdursa, ona icarə avtomobil verilə bilməz. Əks halda, bu həmin şirkətlərin özləri üçün böyük məsuliyyət yarada bilər. Onlar bilərəkdən avtomobili sürücülük vəsiqəsi olmayan şəxslərə versələr, həm inzibati məsuliyyətə cəlb olunarlar, həm də sığorta hadisəsi baş versə, heç bir sığorta təminatı olmayacaq. Proses belədir: icarə avtomobil götürmək istəyən şəxs sürücülük vəsiqəsini və tələb olunduğu təqdirdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.

Ərşad Hüseynov avtomobil icarə şirkətlərinin hər hansı sənəd tələb etmədiyi və sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verdiyi halda ziyanın daha çox şirkətə dəyəcəyini bildirib. Ekspert hətta sənəd tələb olunandan sonra da baş verə biləcək bəzi qanunsuz hərəkətlərdən də söz açıb: “Məndə olan məlumata görə, avtomobil icarəyə verən şirkətlər bu qaydalara riayət edirlər. Çünki bu onların özü üçün maraqlıdır. Hər müraciət edənə maşın versələr, sonra bir sıra problemlərlə üzləşəcəklər. Ola bilər ki, kimsə tələb olunan qaydalara riayət edərək maşın götürür, ancaq sürmək üçün dostuna verir. Əksər “Rent a car”lar da bunu nəzərə alaraq müştərilərinə şifahi xəbərdarlıq edərək baş verəcək xoşagəlməz hallardan özlərini sığortalayırlar”.

Ərşad Hüseynov bundan əlavə icarəyə maşın verən şirkətlərin müştəriyə etibarnamə verdiklərini də deyib. Ekspert bunun əslində etibarnamə yox, icarə müqaviləsi olmasını qeyd edib. Onun sözlərinə görə, etibarnamə verilən adamın sürücülük vəsiqəsi olmasa, Dövlət Yol Polisi protokol tərtib edərək məhkəməyə göndərir. Bununla da icarə şirkəti 2000 manat cərimələnir. /Yeniavaz.com/
Oxşar xəbərlər
Maraqlı
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət