Azərbaycanda ŞOK QİYMƏTƏ maşın – Bahalı avtomobillərin SİYAHISI

Azərbaycanda ŞOK QİYMƏTƏ maşın – Bahalı avtomobillərin SİYAHISI

Ən bahalı maşınları əsasən, gecə saatlarında şəhərin mərkəzində görmək olur.

Turkustan.info “lent.az”a istinadən mövzunu təqdim edir:

Qeyd edək ki, bu maşınların sayı heç də az deyil. Hələ sürülən maşınlardan əlavə, salonlarda satışda olan maşınlar da Bakının bahalı maşınları siyahısına daxildir.

Bəs siz bahalı maşınlardan danışarkən ən yuxarı qiymətin neçə olduğunu düşünürsünüz.

Avtomobil eksperti Elməddin Muradlı mövzu ilə əlaqədar danışıb. Ekspert az sayda istehsal olunan dünyanın ən bahalı avtomobilinin 1 ədədinin Bakıda olduğunu bildirib:

“Hazırda Azərbaycanda ən bahalı maşın “Rolls-Royce Phantom”-dur. Onun dünyada bir neçə modeli istehsal olunub ki, onlardan biri də Azərbaycandadır.

Qiyməti təxminən 2 milyon manatdır. “Ferrari”, “Lamborghini” kimi dünya brendi olan çox bahalı maşınlar da Bakıda var. Bunlar kifayət qədər baha qiymətə satılır, amma alıcı kütləsi də var.

Şəhərdə onları sürənləri də görürük, satışda olduğunu da bilirik. Bu yaxınlarda “Range Rover”-in təzə modeli, “Mercedes”-in GLS modeli də ölkəyə gətirilib. Bunlar da çox bahalı avtomobillərdir.

200 min manat civarında qiymətləndirilir. Bunlardan əlavə, “Jeep”, “Dodge”, “Lexus”, “Toyota” Prado-nun son modelləri kifayət qədər bahadır. Ən çox “Lexus”, “Toyota” Prado modelləri alınır.

Alıcılar bu avtomobilləri dillerlərdən aldıqları kimi, əksər hallarda özləri də idxal edirlər.

Artıq Azərbaycanda get-gedə avtomobil bazarı dirçəlir. Yeni avtomobillərin gətirilməsi istiqamətində atılan addımların şahidi oluruq”.

Elməddin Muradlı, gömrük qiymətlərinin aşağı salınması nəticəsində ölkəyə bahalı və yeni avtomobillərin gətirilməsinin sürətlənəcəyini deyib:
Azərbaycanda ŞOK QİYMƏTƏ maşın – Bahalı avtomobillərin SİYAHISI
“Düşünürəm ki, gömrük qiymətlərinə baxılsa, rüsumlar 2017-ci ildəki ilə eyniləşsə, yeni avtomobillərin gətirilməsi prosesi də sürətlənəcək. Yeni avtomobillərin gətirilməsi o deməkdir ki, təhlükəsizlik artır.

Ancaq hazırki dövrdə gömrük rüsumları, aksiz və əlavə dəyər vergisi çox olduğundan prosesin zəif tempdə getdiyini görürük.

Dillerlər də bu baxımdan əziyyət çəkirlər, alıcı cəlb etmək olmur deyə çox maşın gətirə bilmirlər. Alıcılar əsasən ikinci əl avtomobilə üstünlük verirlər. Ona görə düşünürəm ki, rüsumlara bir daha baxmaq lazımdır”.
Oxşar xəbərlər
Maraqlı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət