Avropa Liqası: “Arsenal” qələbə qazanıb, “Çelsi” səfərdə heç-heçə edib – VİDEO

  • 3-05-2019, 09:39
  • idman
  • Oxunub: 116
Avropa Liqası: “Arsenal” qələbə qazanıb, “Çelsi” səfərdə heç-heçə edib – VİDEO














UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

“Report” xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 23-cü dəqiqədə Luka Yoviç hesabı açsa da, 45-ci dəqiqədə Pedro Rodriges bərabərlik qolunu vurub.



İngiltərənin digər təmsilçisi “Arsenal” isə İspaniya “Valensiya”sını qəbul edib. Bu matçda hesabı 11-ci dəqiqədə qonaq komandanın futbolçusu Muxtar Diakabi açıb. Lakin 18-ci və 26-cı dəqiqələrdə Aleksandr Lyakazett fərqlənərək, meydan sahiblərini önə çıxarıb. 90-cı dəqiqədə isə Pyer-Emerik Obameyanq oyunda son nöqtəni qoyaraq, “Arsenal”ı finala xeyli yaxınlaşdırıb.



Qeyd edək ki, cavab görüşləri mayın 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Oxşar xəbərlər
Maraqlı
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət