Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov

Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov

















Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazovdur.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.


Dövlət Təbiət Qoruqları xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Hələ 2001-ci il 4 iyul tarixdə ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikası dövlət təbiət və biosfer qoruqlarının ümumi əsasnaməsinin və Azərbaycan Respublikasının milli parklarının ümumi əsasnaməsinin təsdiq edilməsi haqqında" xüsusi fərman imzalamışdır. Həmin fərmanda deyilir: "Dövlət təbiət qoruqları səviyyəli və nadir təbiət komplekslərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan əraziləridir. Belə əlazilərdən biri də Qızılağac Dövlət Təbiət Qoruğudur".
Bu qoruq 1929-cu ildə Lənkəran rayonunun ərazisində yaradılmışdır. O, Böyük Qızılağac körfəzində yerləşir.

Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır.

Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazi əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40 dərəcədir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20 J, ən isti ayın orta temperaturu isə 25,50 dərəcə olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir.

P.S. Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazovu nüfuzdan salmağa çalışırlar.

Bu vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Bütün bunlar öz təstiqini tapmamış yalan yazılardır. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.
Oxşar xəbərlər
Maraqlı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət