“Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı

  • 24-03-2017, 11:51
  • gundem
  • Oxunub: 1637
“Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı

İnsanın yaşaması üçün “olmasa olmazlar”dan biri də, təbii ki, qidadır. Bəşər tarixi boyunca insan qida məsələsinə çox önəm verib, verir və verəcək də. Dövrümüzdə isə bu məsələ daha aktualdır. Çünki hazırda qida sənayesi çox şaxələnib. Qidalar artıq yeni texnologiyalarla istehsal edilir. İstehlakçı isə qidanın istehsalından, saxlanma şəraitindən, qidaya əlavə olunan qatqı maddələrindən tutmuş, son istifadə müddətinə qədər bütün detalları bilib seçim etmək istəyir. Seçim imkanı, rəqabət artdıqda isə istehlakçı həssaslığı da artır. Bir də bura insanın dini həssaslığı əlavə olunduqda, məsələ daha da əhəmiyyət kəsb edir. Ona görə ki, dünyada belə bir tendensiya mövcuddur: müxtəlif dindən olan insanlar dinlərinin tələblərinə uyğun qidalanmaq istəyir və istehlakçıları da bu sahəyə istiqamətləndirirlər. Bu sahə isə yeni bir sektorun yaranmasına rəvac verib - Halal Qida sektoru. Bu tendensiya Azərbaycan üçün də keçərlidir. Çünki ölkə əhalisinin 96 faizindən çoxu, ən azından özünü müsəlman adlandırır. Bu isə təbii ki, Halal Qida sektoruna tələbatı artırır. Bu sektorun əsas sahələrindən biri də ət və ət məhsulları sahəsidir. Bu sahədə də lider şirkətlərdən biri, heç şübhəsiz, “Səhliyalı” firmasıdır. Biz də bu sahə ilə bağlı suallara cavab tapmaq üçün üz tutduq “Halal Nemət, Min Bərəkət” brendi ilə tanınan "Səhliyalı" firmasına.

Ölkənin müxtəlif heyvandarlıq rayonlarından gətirilən iribuynuzlu mal qaranın saxlanıldığı yerdən başlanan tanışlıq kəsim sexi ilə davam edir. Burada heyvanlar islam qayda-qanunlarına uyğun olaraq əllə kəsilir. Kəsilən heyvanların dərisi soyularaq asılmış vəziyyətdə bir neçə saat saxlanılır. Bu müddətdə xüsusi mütəxəssislər tərəfindən ətdən analizlər götürülür və heyvanın sağlam olub-olmaması bir daha yoxlanılır. +8 dərəcədə ət soyudulduqdan sonra, -24 dərəcədə şoklama, yəni dondurulma-ehtiyyat anbarlarına yığılır. Daha sonra ətin sümükdan ayırılması, farş halına gətirilməsi, qablaşdırılması və bişirilməsi həyata keçirilir. Və nəticədə bir çoxlarının sevdiyi “Manqalüstü”, “Sacüstü”, müxtəlif növ qəlyanaltı kolbasa və sosis məhsulları piştaxtalara yol alır.

“Burada yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun heyvan kəsimləri həyata keçirilir. Şirkətin avadanlıqları isə Almaniyadan gətirilib. Bu kəsim yerində ən son texnologiya və standartlar müəyyənləşdirilib. Kəsim prosesində baytar həkim də iştirak edir. Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçəndən sonra kəsimə göndərilir. Kəsilmiş ətlər də növbəti müayinədən keçirilir. Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götürülüb, laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır”.

Müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkənin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir.

"Səhliyalı” firması bu gün – müasir, stabil, satış bazarında məşhur bir müəssisədir. Firma aktiv inkişaf edərək, öz məhsullarının keyfiyyətinə zəmanət verir. Müəssisə tətbiq etdiyi yeni texnika və texnologiyaya görə satış bazarında öndə gedir.

"Səhliyalı” firmasının əsas fəaliyyəti ət məhsullarının istehsalıdır. İstehsal olunan məhsulların geniş çeşidi alıcıları öz dadı və keyfiyyəti ilə razı salır.

"Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan "BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır. "Səhliyalı” kiçik-müəssisəsində çalışan bütün heyət peşəkarlığı və öz iş təcrübəsi ilə seçilir. Kollektivin iş prinsipi – məsuliyyət, inam qazanmaq, düzgünlük, keyfiyyətli məhsul istehsal etməkdir.

"Səhliyalı” inkişafın, yeniliyin lehinə olan bir müəssisə kimi tanınır. Keyfiyyətə önəm dedikdə,"Səhliyalı” məhsulun tarixi- ənənəvi istehsalına toxunmadan, müasir texnologiyaların tətbiqi ilə, müştərini razı salacaq istehsal nəzərdə tutur. Müəssisədə sanitariya və gigiyenanın bütün şərtlərinə tam şəkildə cavab verən iş şəraiti yaradılıb. Peşəkar kollektiv, müasir istehsalat "Səhliyalı”müəssisəsinin uğurudur.

Oxşar xəbərlər
Maraqlı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət