Ərdoğan Merkellə Ermənistanın Azərbaycan torpaqlarını işğalı barədə danışdı

  • 6-10-2020, 17:12
  • gundem
  • Oxunub: 20
Ərdoğan Merkellə Ermənistanın Azərbaycan torpaqlarını işğalı barədə danışdı



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkel ilə videokonfrans şəklində görüş keçirib.

“Haber Global”a istinadən Azteletv.az məlumat verir ki, görüşdə Türkiyə-Almaniya,Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi və Liviyadakı hadisələrlə birlikdə, Azərbaycan-Ermənistan məsələsi də başda olmaqla regional məsələlər müzakirə edilib.

Türkiyə lideri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin probleminin köklü bir şəkildə həll edilməsi üçün BMT qətnamələrinin və beynəlxalq hüquq tələblərinin yerinə yetirilməli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Maraqlı
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət