Sahibkarın 83000 manatlıq malını necə mənimsədilər?

Sahibkarın 83000 manatlıq malını necə mənimsədilər?













Xeberfakt.info-ya daxil olan məlumatda bildirilir ki, Saatlı rayonunun bir sıra kəndlərində və şəhərin özündə Qarabağ müharibəsi əlili və şəhid ailələrinə dövlət büdcəsi hesabına fərdi evlərin tikilməsi məqsədi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əvvəlki rəhbərliyi dövründə ayrılmış vəsaitin xeyli hissəsinin mənimsınilməsi barədə redaksiyamıza daxil olan informasiyanı dəqiqləşdirərkən aydın olmuşdur ki, nazirliyin yeni rəhbərliyi, fərdi evlərin tikintisi ilə məşğul olan şirkətlərin gördükləri tıkıntı işlərini yoxlayarkən, büdcədən ayrılmış vəsaitlərin xeyli hissəsinin mənimsənilməsini üzə çıxarmışlar. Dərhal, əvvəlki rəhbərlik dövründə tikintiyə cəlb olunmuş həmın şirkətlərlə müqavilələr ləğv edilərək, işə yeni şirkət və ya şirkətlər cəlb edilmişdir. Tikinti materiallarının satışı ilə məşğul olan sahibkar Yəhya Şükürov, nə əvvəlki, nə də yeni tikinti şirkətlərinə aid olmayan, yalnız əvvəlki şirkətlərdən birinin iş icraçısının xahişi ilə 83 min manatlıq özünə məxsus tikinti materiallarını 8 əlil və şəhid ailəsinin nümayəndəsinə, gələcəkdə pulu büdcədən ödənilmək şərti ilə,saxlamaq ücün rəsmi sənədlərə imza etdirməklə təhvil vermişdir.
Lakin nazirliyin yeni heyəti, yeyinti faktları aşkara çıxardığı şirkətləri işdən kənarlaşdırdıqdan sonra gələn yeni şirkətin rəhbəri, şəhid və əlil ailələrinin məsul şəxslərinə saxlanca əmanət kımı verilmiş və pulu hələ ödənilməmiş -sahibkar Yəhya Şükürova məxsus tıkıntı materiallarını, nazirliyin yeni rəhbərliyinin adından istifadə etməklə ,fərdi evlərin tikintilərində öz şəxsi malları kimi istifadə etmışlər. Məsul şəxslər, özgə malını kənar şəxsə vermək istəmədiklərini ısrarla bildirsələr də, onlara məhəl qoyulmanış, tıkıntı materialları saxlanc yerindən aparılmışdır.
Sahibkar Yəhya Şükürov məcbur olub, məhkəməyə müraciət etmişdir. Məqsədi də, şəhid ailələrinin əli ilə günahkar şəxslərdən malını geri almaq olmuşdur. Lakin, Saatlı rayon məhkəməsinin hakimi Ixtiyar Abuşov, hakimin səlahiyyətlərinə aid olmayan sentimentallıq edərək, guya şəhid ailələrinə canfəşanlıq edərək, iddianı təmin etməmişdir. Belə çıxmışdır ki, 83 min manatliq malı, onsuz da topdansatış şirkətlərinə xeyli borcu olan Yəhya Şükürov, hədiyyə etməli imiş. Halbuki, onun məqsədi hakim tərəfindən, həmin yeni şirkətin rəhbərini, onun əli ilə də, nazirliyin aidiyyatlı məsul şəxslərini məhkəməyə cəlb etmək idi.
Cənab Prezidentin, sahibkarlıq strukturlarının fəaliyyətinin genişləndirilməsinə diqqəti əbəs yerə deyildir. Cənab Prezident yaxşı bilir ki, büdcənin neftdən asılılığının aradan qaldırılması, yalnız fərdi sahibkarların vergi ödənişləri hesabına mümkündür. Sentimental," yerini şirin salma "hakim qətnaməsi, hakim Ixtiyar Abuşovun şəhidsevər, Yəhya Şükürovun isə "pis kişi" olması anlamına gəlməməlidir. Hədəf-təqsirkarları, qanunun hədəfinə almaqdan, haqqı haqq sahibinə çatdırmaqdan ibarət olmalı idi.
Təqdim olunan videogörüntüdə danışan, Saatlı rayonunda yaşayan və məlum şəhid ailələrindən birinin məsul şəxsi Zaur Hüseynovdur. Reallıqları onun dilindən eşitsək, daha uyğun olar.

Hafiz Rüstəmov
Oxşar xəbərlər
Maraqlı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət