Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıb

  • 28-07-2016, 14:05
  • gundem
  • Oxunub: 132
http://azteletv.az/uploads/posts/2016-07/1469714718_turkiye-diaspr.jpg


Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat imzalayıb. Lent.az-ın Diaspora ilə İş üzrə Dövlət Komitəsinin saytına istinadən xəbərinə görə, bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir: "Yaşananlar bölgədə önəmli mövqeyə sahib olan Türkiyə Cümhuriyyətinə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyil. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır".
Azərbaycan diaspor təşkilatları Türkiyənin demokratik və dünyəvi dövlət kimi bundan sonra da qarşıya çıxan bütün maneələri uğurla dəf edəcəyinə inamlarını ifadə ediblər: "Türkiyənin çevrilişlərə və qiyamlara deyil, demokratiyaya ehtiyacı var. Keçmişdə baş verən çevrilişlərin hansı nəticələrə gətirdiyini Türk xalqı yaxşı xatırlayır".
Oxşar xəbərlər
Maraqlı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət