Şahnazaryandan sensasiya: “Şuşa məsələsi masada…” – İrəvan ayağa qalxdı

  • 31-01-2020, 12:14
  • dunya
  • Oxunub: 69
Şahnazaryandan sensasiya: “Şuşa məsələsi masada…” – İrəvan ayağa qalxdı


Ermənistan Təhlükəsizlik Şurasının keçmiş direktoru David Şahnzaryanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri ölkədə etirazlara səbəb olub.

Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Şahnazaryanı Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib.

XİN-in sözçüsü Anna Nağdalyanın sözlərinə görə, keçmiş kəşfiyyat şefinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Cenevrədəki görüşü haqda təhlilinin bugünkü reallığa heç bir aidiyyəti yoxdur: “”David Şahnazaryanın təhlilləri Azərbaycan tərəfi üçün cəlbedici ola bilər, lakin bu təhlilin əsas çatışmazlığı onun bugünkü reallıqla heç bir əlaqəsinin olmamasıdır”.

David Şahnazaryan Cenevrədə Qarabağ münaqişəsinin siyasi həlli ətrafında əsaslı danışıqların getdiyini iddia edib:

“Əsas məsələlərdən biri də Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayış zonalarının yaradılmasıdır. Şuşa məsələsi və əsaslı danışıqların intensivləşməsi müzakirə olunur. Bu kontekstdə Cenevrədəki danışıqlarla paralel olaraq, ABŞ-ın Bakıdakı səfiri Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşdü”.

Yanvarın 29-30-da keçirilən görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış etdilər:

“Üç gün davam edən intensiv danışıqlar zamanı Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirləri gündəmdəki aşağıdakı məsələləri müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və xalqları sülhə hazırlamaq üçün növbəti mümkün addımlar; gələcək bir həll üçün əsas təşkil edən prinsiplər və elementlər; həll müddətini inkişaf etdirmək üçün müddət və gündəlik”.

Nazirlər yaxın gələcəkdə həmsədrlərin vasitəçiliyi altında yenidən görüşmək barədə razılığa gəlib. (teleqraf.com)
Oxşar xəbərlər
Maraqlı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunan / Ən son əlavə edilən
  1. Min dərdə dərman Şəfa
  2. Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
  3. SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ
  4. “Halal Nemət, Min Bərəkət” –Halallıqla keyfiyyətin birgə adı
  5. Səfirləri işdən qovan azərbaycanlı biznesmen - Fərhad Əhmədov
  6. Azər İsmayılov və Vüsal İsmayılov HAQQINDA JURNALISTLƏRIN AĞLINA NƏ GƏLDI ONU DA QƏLƏMƏ ALIRLAR"
  7. TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV
  8. Eşitdiklərim və gördüklərim - Qızılağac dövlət qoruğunun drektoru Yadulla Eyvazov
  9. NZS-də gizlənmiş “Ovçular” xalqa nə yedirir ? - ŞOK FAKTLAR
  10. Sahib və Muxtar balalarımızın özəl günü - FOTO+VİDEO
Mədəniyyət