Hakan Şükür ABŞ-da taksi sürür - Video

  • 14-01-2020, 12:14
  • dunya
  • Oxunub: 12
Hakan Şükür ABŞ-da taksi sürür - Video


“Qalatasaray”ın və Türkiyə millisinin ulduz forvardı Hakan Şükür ABŞ-da taksi sürür. “Qafqazinfo” xəbər verir ki, o, “Uber” taksi şirkətində çalışır.

Bu barədə sabiq forvard özü məlumat verib. O bildirib ki, hazırda taksi sürür və kitab satır: “Mənim əmlakım müsadirə olunduqdan sonra ABŞ-da bir çox işlərdə çalışıram. Əvvəlcə kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi “Uber”də sürücü olmaqla yanaşı kitab da satıram”.

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

H. Şükürün və ailəsinin Türkiyədə bütün var-dövlətinə girov qoyulub. “Silahlı terror təşkilatına üzv olmaq” itithamı ilə Şükürün 7,5 ildən 15 ilədək həbsi istənilir.

Oxşar xəbərlər
Maraqlı
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət